Olimpiada qalibləri
Hər il məktəbin 6-7 nəfər şagirdi Respublika olimpiadasına vəsiqə qazanır və böyük uğurla iştirak edərək diplom və fəxri fərmanla təltif olunurlar. Təkcə 2006-cı ildə Respublika fənn olimpiadasında 83 nömrəli məktəb liseyin 5 nəfər şagirdi qalib olub.Məktəbin şagirdlərindən biri Adil Əliyev (hazırda BDU-nun tətbiqi-riyaziyyat fakültəsində oxuyur) Qara dəniz hövzəsi ölkələri arasında kompüter layihələri üzrə olimpiadada 2-ci yerə layiq görülüb, gümüş medal qazanıb. “Ekspo-Nauka-2003” Beynəlxalq sərgisində öz layihəsi ilə Azərbaycanı təmsil edib.