İstedadlar

Mən, Savalan Əkbər oğlu Bədəlbəyli 1993-cü il mayın 23-də Bakı şəhərində anadan olmuşam. Hazırda Bakı şəhəri Binəqədi rayonu 83 saylı məktəb-liseydə 8fr2 sinfində oxuyuram.

Mən karateyə məktəbə getməmişdən əvvəl gedirdim. İlk dəfə karateyə 1998-ci ildə getmişəm. Məni karateyə qardaşım yönəldib. Müəllimimin adı Aslanov Qələndərdir. Bizim karatenin prezidenti isə Allahverdi Rüstəmovdur. Klubumuzun adı Samuray klubudur.

Mən hər zaman karate məşqlərinə çox böyük həvəslə gedirdim. İnanırdım ki, yarışlarda böyük uğurlar qazanacağam.

İlk uğurum 1999-cu ildə olub. Həmin imtahanda mən 8-ci küy kəmərini qazandım. Sonra 2000-ci ildə növbəti imtahanda 6-cı küy sarı kəmərini qazandım. 2001-ci ildə sarı kəmər yaşıl xətt imtahanında kəməri yenidən qazandım. Növbəti ildə 4-cü küyə imtahanda kəmərlərin sayını artırdım. 2002-ci ilin may ayının 19-da 3-cü küyə imtahanda yenidən artırdım. 2002-ci il noyabrın 2-də 11-ci küyə imtahanda mən yeni uğurumu qazandım. Sonra mən növbəti illərdən başlayaraq yarışlara çıxmağa başladım.

2001-ci il mayın 27-də 1 açıq çempionatda bacarıqla döyüşərək I yerə layiq görüldüm. 2002-ci ildə 8-11 yaş 25 kq. çəki dərəcəsində II yerə layiq görüldüm. Sonra 19 yanvar 2003-cü ildə Şəmkirdə keçirilən 1-ci açıq turnirdə I yerə çıxdım. 2003-cü il 21 dekabrdakı yarışda II yerə çıxdım. 2004-cü il 28 martda keçirilən 2 açıq turnirdə bacarıqla döyüşərək yenə I yerə layiq oldum. 2004-cü il 16 mayda Zaqatala rayonunda keçirilən 2 açıq turnirdə də, 2003-cü il 7-8 iyun tarixində Əlibayramlıda keçirilən yarışlarda da I yerə çıxdım. 2005-ci ildə Gürcüstanda keçirilən Beynəlxalq turnirdə 1 dövrədə erməni rəqibimi udaraq, finalda isə gürcü rəqibimə uduzaraq II yerə layiq görüldüm. 2005-ci il 16 yanvar tarixində keçirilən yarışda III yerə layiq görüldüm. Növbəti ildə Bakı şəhərində keçirilən 7-ci açıq Milli çempionatda I yeri tutmuşam. Ondan sonra Zaqatalada keçirilən 2-ci açıq turnirdə III yeri tutmuşam.

İndi öz üzərimdə daim çalışıram. Və inanıram ki, karate sahəsindəki bu uğurlarımın sayı daha da çoxalacaq.

Mənim karatedə ən böyük arzum dünya və Avropa çempionu olmaqdır. Karateyə ilk gəlişimdən bu günə qədər söz vermişəm ki, Azərbaycanı başqa ölkələrlə keçirilən yarışlarda adını yüksək tutacam və üç rəngli, ay-ulduzlu bayrağını bir qalib kimi həmişə göylərə qaldıracağam. Mən bu sahədə ilk olaraq Allahıma, sonra da valideynlərimə və müəllimimə borcluyam.

Mən, Aelita Xələfova Rövşən qızı 1994-cü il mayın 14-də Bakı şəhərində anadan olmuşam. Hal hazırda Bakı şəhəri Binəqədi rayonu 83 saylı məktəb liseydə 7-ci sinifdə oxuyuram.

6 yaşımdan 83 saylı məktəb liseydə təhsil alıram. Eyni zamanda 6 yaşından Binəqədi rayonu 11 saylı musiqi məktəbinin skripka bölməsində oxuyuram. Hal hazırda hər iki məktəbin 7-ci sinfində təhsil alıram.

5 yaşımdan bədii gimnastika ilə məşğul oluram. Elə ilk uğurlarım da 6 yaşımdan başlanıb. Mənim çox plastik bədən quruluşuna malik olmağım bütün çempionatlarda münsiflər heyətinin diqqətini cəlb etmişdir. Odur ki, 2 qat Azərbaycan çempionu( həm 2004-cü ildə, həm də 2005-ci ildə) adını qazanmışam.

Bədii gimnastikada ən çox sevdiyim alət lentdir. 2006-cı il mənim üçün daha da uğurlu olmuşdur. Belə ki, yeniyetmələrin V respublika oyunlarında lent, gürz, halqa və iplə bütün yaşıdlarını udaraq I yerə çıxmışam. Finalda da I yeri qazanmışam. Mənim idmandakı uğurlarımı 83 saylı məktəbin direktoru da yüksək qiymətləndirmişdir. Binəqədi rayon İcra başçısı Alı müəllim tərəfindən qiymətli hədiyyələr almışam.

15-17 noyabr 2004-cü il ildə 44.05 xal ilə bədii gimnastika üzrə Bakı şəhər birinciliyində I yeri tutduğuma görə şəhadətnamə almışam.

19 noyabr 2004-cü ildə Azərbaycan Respublikası birinciliyində I yerə layiq görülərək diplom və qızıl medalla təltif olunmuşam.

18 mart 2005-ci ildə 17,6 xal ilə I yeri qazanaraq bədii gimnastika məktəbi tərəfindən diplom ilə təltif olunmuşam.

18 iyun 2005-ci il I yeri qazanaraq gimnastika məktəbi tərəfindən şəhadətnamə ilə təltif olunmuşam.

28-30 mart 2005-ci ildə Bakı şəhər birinciliyində I yerə layiq görülərək şəhadətnamə almışam.

Azərbaycan Respublikası birinciliyində yenə də I yerə layiq görülərək diplomla təltif olunmuşam.

7-9 dekabr 2005-ci ildə Bakı şəhər birinciliyində I yeri qazanaraq diplomla təltif olunmuşam.

Azərbaycan Respublikası birinciliyində yenə də I yeri qazanaraq diplom və qızıl medalla təltif olunmuşam.

3-5 dekabr 2006-cı ildə Bakı şəhər çempionatında II yeri , Azərbaycan Respublikasının 13-cü birinciliyində bədii gimnastika üzrə yenə də II yeri qazanaraq diplom və gümüş medalla təltif olunmuşam.

2006-cı ildə yeniyetmələrin V respublika oyunlarında Bakı şəhərində 1993 -1994-cü il təvəllüdlülər arasında bütün yaşıdlarıma qalib gələrək I yeri qazanıb, diplomlarla təltif olunmuşam.

Mən bundan sonra da öz birinciliyimi, liderliyimi heç kimə verməməyə çalışacağam və heç zaman müəllimlərimin zəhmətini itirməyəcəyəm. İnanıram ki, valideynlərim, dostlarım və bütün məni sevənlər mənə görə həmişə yalnız fərəh hissi keçirəcəklər.