Şagirdlər
Respublika Uşaq Parlamentində Binəqədi rayonunu məktəb-liseyin 11-ci sinif şagirdi Vüsal Əhmədov təmsil edir.
8-ci sinif şagirdi Ağazadə Elgün 2006-cı ildə M.Rastropoviçlə görüşdə, 2007-ci ildə YUNESKO və İSESKO –nun xoşməramlı səfiri, millət vəkili, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vaşinqtonda və Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın dəstəyi ilə Moskvada keçirilən konsertdə iştirak edib.


Məktəbin 11 f-r sinif şagirdi Abbas Abdullayev Avstriyanın Vyana şəhərində keçirilən “ Fezien Messe Wien-2008” Beynəlxalq turizm yarmarkasında Azərbaycanın təmsilçisi olub, Respublika üzrə Bəhram Mansurov adına muğam müsabiqəsinin və Respublika üzrə Hacı Məmmədov adına müsabiqənin laureatı adını qazanıb.
Züleyxa və Nərminə bacıları Bakı Musiqi Akademiyasının 25 illiyinə həsr olunan festivalda laureat adını qazanıblar.
8-b və 7-d sinif şagirdləri Mirzəyev Elxan və Mirzəyeva Validə 2007-ci ildə Moskvada keçiriln müsabiqədə Azərbaycanı təmsil ediblər. 2004-cü ildə Bakı çempionu adını qazanıblar.2006-cı ildə Azərbaycan çempionu adını qazanıb, Rusiyanın Azərbaycandakı səfiriyinin hər il keçirdiyi müsabiqələrdə I yerə layiq görülüb.
Məktəbin IX sinif şagirdləri Xələfova Aelita gimnastika üzrə iki dəfə respublika çempionu olub, İsraildə, Polşada, Estoniyada və başqa ölkələrdə çıxış edərək böyük uğur qazanıb.
XI sinif şagirdi Bədəlbəyli Savalan 5 dəfə Respublika çempionu, 2 dəfə Qafqaz çempionu olub.
Məktəbin X sinif şagirdi Abdullayev Rəşad Eldar oğlu Türkiyədə keçirilən cüdo yarışlarında III yer tutub.
2006-2007-ci tədris ilində III-IV sinif şagirdləri “Cırtdan” yarışının rayon turunda I, şəhər turunda II yeri tutub.
Niftəlizadə İsa və Niftəlizadə Fərid qardaşları karate üzrə dəfələrlə Respublik yarışlarının qalibi olublar.,
Məktəbin X-XI sinif şagirdlərindən ibarət yığma komandaları voleybol, futbol, basketbol və əl topu üzrə keçirilən Spartakiadalarda dəfələrlə yüksək nailiyyətlər əldə ediblər.
Əbdülsoy Mətin futbol üzrə “Sabahın ulduzları” müsabiqəsinin Bakı birinciliyində Ulduz adını qazanıb.
Rəsm müsabiqəsi
18 dekabr 2006-cı il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Qızıl Aypara) Yayım Sektoru tərəfindən Bakı şəhəri Nərimanov və Binəqədi rayon orta məktəbləri arasında “Mən Qızıl Xaç / Qızıl Aypara Hərəkatını necə tanıyıram” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin sərgisinin rəsmi açılış mərasimi təşkil edilmişdir. Müsabiqənin keçirilməsində və sərginin təşkil edilməsində Qızıl Ayparanın Binəqədi və Nərimanov Rayon Komitələri ôÿàë iştirak etmişlər. Müsabiqəyə noyabr ayının 15-dən start verilmişdir. Bu müddət ərzində hər iki rayondan 10-a yaxın məktəb müsabiqəyə qatılmışdır. Bu məktəblərdən Nərimanov rayonu 82 saylı orta məktəbdə fəaliyyət göstərən Qızıl Ayparanın İlk Təşkilatını, sədr Gülnur Aslanlı və Binəqədi rayonu 248 saylı orta məktəbin direktor Fizuli İsmayılzadə kollektivi âÿ xüsusilə öz fəallıqlarına görə fərqlənirdilər.
Sərgi Binəqədi rayonu 248 nömrəli orta məktəbin foyesində keçirilmişdir. 5 günlük keçirilməsi nəzərdə tutulan sərginin rəsmi açılış mərasimində Qızıl Ayparanın Yayım Sektorunun rəhbəri Bayram Vəliyev, İnformasiya və Beynəlxalq Ə1aqələr şöbəsinin müdiri Pərviz Nəzərov, Cəmiyyətin Gənclər Komitəsinin nümayəndələri, Binəqədi Rayon Komitəsinin sədri Afət Quliyeva, sədr müavini Fuad Əsgərov, Cəmiyyətin aktiv könüllüləri, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Səmayə Seyidova, 248 saylı orta
məktəbin direktoru Fizuli İsmayılzadə öz müəllim və şagird heyəti ilə iştirak etmişlər. Bundan əlavə sərginin rəsmi açılış mərasiminə demək olar ki, müsabiqəyə rəsm təqdim edən orta məktəblərin şagirdlərinin hər biri öz valideyni ilə qatılmışdılar. Sərgidə təqdim olunan rəsmlərin hər biri müxtəlif tərəfdən Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Hərəkatının dünya insanları üçün həyata keçirdiyi humanitar fəaliyyətləri əks etdirə bilirdi. Bu baxımdan uşaqların bu humanitar mövzuda təqdim etdikləri rəsmlər arasında qabaqcadan müəyyəí edilmiş 6 qalibi seçmək Qızıl Ayparaçılara çətinlik yaradırdı.
Sərgidə iştirak edən, adları yuxarıda qeyd olunan qonaqlar öz çıxışlarında bu müsabiqənin həyata keçirilməsində əməyi olan hər bir şəxsə öz təşəkkürlərini bildirdilər və bütün rəsmlərin zövqlə çəkildiyini vurğuladılar.
İştirakçılar sərgi ilə tanış olduqdan sonra ən gözəl işə görə və Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Hərəkatının humanitar missiyasını öz rəsmlərində daha dəqiqliklə ifadə etdiklərinə görə 6 qalibi müəyyənləşdirdilər. Müsabiqənin qalibləri Nərimanov rayonunun 193 və 82, Binəqədi rayonunun 248 və 83 saylı orta məktəblərindən olan şagirdlər oldu.
Qaliblər Qızıl Ayparaçılar tərəfindən tərifnamələr və hədiyyələrlə mükafatlandırıldılar.
Qeyd: 2006-cı ildə bu mövzuda müsabiqələr Qızıl Ayparanın Mingəçevir və Sumqayıt Regional Mərkəzlərində də keçirilmişdir.
Rəsm müsabiqəsi Beynəlxalq Qızrmızı Xaç Komitəsinin dzstəyi ilə həyata keçirilmişdir.