Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/mekteb83/public_html/wordpress/wp-settings.php on line 520 Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/mekteb83/public_html/wordpress/wp-settings.php on line 535 Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/mekteb83/public_html/wordpress/wp-settings.php on line 542 Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/mekteb83/public_html/wordpress/wp-settings.php on line 578 Deprecated: Function set_magic_quotes_runtime() is deprecated in /home/mekteb83/public_html/wordpress/wp-settings.php on line 18 83 saylı məktəb-lisey » Maraqlı məlumatlar

Maraqlı məlumatlar

Alimlərin yer üzərindəki canlılar haqqında apardıqları araşdırmaların nəticələri hər kəsi mat qoyur. Ortaya çıxan gerçəklər elm adamlarını belə heyrətə gətirib. Onlardan bəziləri aşağıdakılar:
-Dəvələrin üç qaşı var.
-Bir ağcaqanadın sürəti saatda 8 kilometrdir.
-Bəzi böcəklər başının qopmasına rəğmən bir il yaşayır.
-Zürafə qulaqlarını dili ilə təmizləyir.
-İngiltərədəki bütün qu quşları kral ailəsinə mənsubdu.
-Pişiklər ultrason səsləri eşidə bilirlər.
-Qarışqalar yatmırlar.
-Xəstələnməyən tək heyvan köpək baliğıdır.
-İlanlar kardır.
-Fillər hoppanmayan tək məməlidir.
-Delfinlər gözləri açıq yatır.
-Kenqurular arxa-arxaya yeriyə bilmirlər.
-Sığırların dörd məməsi var.
-Yer üzərindəki ən təhlükəli heyvan ağcaqanaddı,
çünki insan ölümünə ən çox onlar səbəb olurlar.
-Kirpilər suda batmır.
-Son 4 min ildə heç bir yırtıcı heyvan əhilləşdirilməyib.
-Kəpənəklər dadı ayaqları ilə duyurlar.
-İnsanları barmaq izindən itləri isə burun izindən tanımaq mümkündür.
-Mavi delfinlərin ürəkləri saniyədə 9 dəfə vurur.
-Şokolad itləri öldürə bilər.
-Normal bir insanın bədənində olan enerji 25 voltluq lampanı bir neçə dəqiqəyə yandırmağa qadirdir. Qaraşın insanlarda 120 min, sarışınlarda isə 140 min saç teli var.
-Bir insan ildə 10 milyon dəfə gözünü qırpır.
-Soğan doğrayarkən saqqız çeynəmək gözün yaşarmasının qarşısını alır.
-Ağ evdə 13 min 22 ədəd cəngəl, o qədər də bıçaq və qaşıq var.
-Las-Veqas qumarxanalrınınn heç birində saat yoxdur.
-Onurğalı böcəklərin dörd dənə burnu var.
-Kanadada insanların durduğu yerdə xoruldayaraq yatmaları qanunlara ziddir.
-Son 3500 ilin sadəcə 230 ili barış içində yaşanıb.Yerdə qalan illərdə müharibə olub.
-Dünyadakı heyvanların 80 faizi altı ayaqlıdır.
-Dənizdən çıxarılan xərçənglərin qanı mavi rəngdədir.
-İnsanların dırnağı bir ildə 3,75 metrə qədər uzanır.
-Timsahlar daha dərinə batmaq üçün daş udurlar.

Londonda hərraca çıxarılan köhnə Kəbə açarı 18.4 milyon dollara satılıb

kəbə-açarı
VII-ci əsrə aid Quran-i Kərim səhifəsi isə 4.8 milyon dollara alınıb

Londonda məşhur “Sotheby’s” hərrac evində ilkin qiyməti 1 000000 $ ilə satışa çıxarılan 12-ci əsrə aid dəmir Kəbə açarı 18.4 milyon dollara satılıb. “The Times” qəzetinin verdiyi xəbərə görə, açarı əldə etmək istəyənlər arasında böyük rəqabət olub. 1179 -1180-ci illər arasında istifadə edilən 37 cm-lik açar Livanda xüsusi kolleksiyada saxlanılıb və Kəbənin 58 köhnə açarları arasında 2-ci ən köhnə açar sayılır. Digər açarlar isə Avropa və Orta Şərqdəki müxtəlif muzeylərdə saxlanılır.

Bundan başqa, hərraca çıxarılan VII-ci əsrə aid Quran-i Kərim səhifəsi isə 4.8 milyon dollara satılıb. Qeyd edək ki, hərracda İslam dövrünə aid 405 müxtəlif əsər satılıb. Satılan əsərlərin ümumi dəyəri isə 43 milyon dollar təşkil edib. “The Times” qəzetinin yazdığına görə, bu həftə “Sotheby’s” və “Christie” hərrac evlərində İslama aid əsərlərin ümumi satış məbləği 65 milyon dollar olub.

Kolbasa sevənlərə ciddi xəbərdarlıq

Kolpasa
Gündə bir sosis və üç dilim bekon yeyən insanların bağırsaq xərçəngi xəstəliyinə tutulmaq risqi 20 faiz artır. Həftədə yalnız yarım kiloya qədər qırmızı ət, yəni mal-qara əti yemək məsləhət görülür.

Məhəmməd Peyğəmbər insanların ən dahisidir

Məhəmməd peyğəmbər (s)
Kompyuter proqramı bu cür nəticə verib

Amerika yazıçısı və alimi Maykl Hart bəşər tarixinin ən dahi yüz şəxsiyyətini seçmək və onlar barəsində bir kitab tərtib etmək qərarına gəlmişdi. Alim bu şəxsiyyətlərin tərcümeyi-hallarını onların cəmiyyətdəki çəkilərinin dərəcəsindən asılı olaraq yerləşdirməyi düşünmüşdü. Yüz ən dahi insanın seçimində və onların dahilik dərəcəsindən asılı olaraq yerləşdirilməsində qərəzsiz və obyektiv olmaq üçün Maykl Hart öz köməkçiləri ilə kompüterdən istifadə etmişlər…
Kompüterə bütün dahi şəxsiyyətlərin bacarıq, qarşılarına qoyduqları məqsəd, təşəbbüs, əldə etdikləri müvəffəqiyyət və bəşər tarixinə göstərdikləri təsirləri barədə məlumatlar yerləşdirilmişdir. Bu məqsədlə Hart öz köməkçilərilə bir neçə ay vaxt aparan, çoxlu səbr və diqqət tələb edən bir iş görmüşlər. Kompüter təhlil və analiz yolu ilə tarixdə ən çox gözəçarpan iz qoymuş yüz adamı təyin və onların adlarını təqdim etmişdir. İndi isə kompüter təyin etməli idi: KİMDİR YAXŞILARIN ƏN YAXŞISI?

Hart böyük həyacanla lazımi düyməni basır və ekranda bu yazı peyda olur: “MƏHƏMMƏD PEYĞƏMBƏR”. Hart və həmkarları heyrana gəlmişlər. Onlar eksperimenti təkrarlamağa çalışdılar, güman etdilər ki, haradasa səhvə yol verilib. Lakin kompüter yenə də eyni yazını göstərdi: “Məhəmməd peyğəmbər”. Kompüterin cavabı ilə qane olmayan Hart öz köməkçilərilə eksperimenti bir neçə dəfə təkrar, kompüter isə inadla öz təkidində davam edir. Nəticədə alimlər bu faktı qəbul etməyə məcbur olurlar. Eksperimentin nəticələri əsasında Maykl Hart “Tarixin 100 ən dahi adamı” (”The Greatest 100 Men in History”) kitabını yazır və birinci yerə məhz Məhəmməd peyğəmbərin (s) adını təsbit edir. Bu kitab ABŞ-da nəşr olunub. Yeri gəlmişkən onu da qeyd edək ki, bu 100 nəfərin arasında İsa peyğəmbər (s) üçüncü yeri tutur. “The Greatest 100 Men in History” kitabından bir neçə misranı Sizlərə təqdim edirik:
“O (Məhəmməd peyğəmbər), bəşər tarixində həm dini, həm də dünyəvi işlərdə ən çox müvəffəqiyyət əldə edən yeganə insan olmuşdur.
…Hazırda, ölümündən 14 əsr keçməsinə baxmayaraq, bu insanın bütün dünyaya olan təsiri çox böyükdür”.
Qeyd edək ki, dünyanın bir çox dahi və məşhur şəxsiyyətləri sevimli peyğəmbərimiz haqqında xoş sözlər söyləmiş, onun bəşər tarixində oynadığı rolunu son dərəcə yüksək qiymətləndirmişlər. Biz burada Peyğəmbərimiz haqqında söylənilən fikirlərin bir neçəsi ilə əziz oxucularımızı tanış etmək istərdik.

MONTQOMERİ

“Qərb, belə şərəfə nail olmuş başqa bir şəxsiyyət tanımır”
“Məhəmməd öz əqidəsi naminə hər cür çətinliklərə hazır idi. Rəhbər olaraq o, təmkinli və sarsılmaz xasiyyətə malik idi. O, insanları yüksək dəyərləndirir və onlara hörmətlə yanaşırdı. Onun dahiliyinin sübutu onun müvəffəqiyyətlərindədir. Bu Peyğəmbərin şəxsiyyətinin dahiliyi onun işinin müvəffəqiyyətini təmin edir. Bu insanı şarlatanlıqda ittiham etmək - çıxış yolu deyil, çarəsizlik olardı. Qərb, belə şərəfə nail olmuş başqa bir şəxsiyyət tanımır”.

W. MONTGOMERI Muhammad at Massa Oxford, 1953, r. 52.

LAMARTİN

“O, nadir və əvəzolunmaz insan idi…”
“Düşmənlər ona (Məhəmməd peyğəmbərə) təbliğ missiyasından imtina etdiyi təqdirdə yüksək rütbələr, var-dövlət söz vermişdilər. Peyğəmbər isə bütün fiziki və mənəvi çətinlikləri öz üzərinə götürərək bunu qəti surətdə rədd etmişdir. Bir an belə öz işindən çəkinməmişdir. O, cəmiyyətdə nifaq və inamsızlığı yayaraq Allahın adının mahiyyətini alçaldan qüvvələr qarşısında sarsılmaz qala kimi dayanmışdır. Məhəmməd peyğəmbər o dərəcədə nadir və əvəzolunmaz şəxsiyyət olmuşdur ki, bir çox gözəl şair və natiqlər, o cümlədən onun müasirləri Allahın elçisini təsdiq etməyə məcbur olmuşdular. Ondan əvvəl heç kim Quranda təsvir olunan təbii amil və hadisələrə toxunmamışdır. Hakimiyyət və güdrətə malik olduqdan sonra nə üçün o, yoxsulluqda yaşamağa və müsibətlərə dözməyə davam edirdi?.. Görəsən onun dahiliyi müqayisə oluna bilərmi? Həqiqətən də Məhəmməd - dünya yarandıqdan bəri müxtəlif dövrlərdə göndərilən peyğəmbərlərin ən sonuncusudur. Bu şəxsiyyət qarşısına çox böyük məqsədlər qoymuş və cüzi imkanların sayəsində möhtəşəm nəticələrə nail olmuşdur. Belə olduqda onu kiminlə müqayisə etmək olar? Biz elə tanınmış sərkərdələr, dövlət xadimləri və nəhəng imperiyaların hökmdarlarını tanıyırıq ki, onlar ağla sığmayan dağıdıcı qüvvəllərə malik olmuşdular. Bəs Məhəmməd peyğəmbər necə? O, böyük ordular, imperiyalar və qayda-qanunları hərəkətə gətirmək ilə kifayətlənmədi. Bütün planetin üçdə bir hissəsindən çoxu onun ardınca getdi. Möhkəm iradəsi, böyük ideyaların naminə son dərəcə fədakarlığı, yüksək rütbə və taxt-tac qarşısında tamahsılanmamağı, Allahla olan dialoqu, ölümü və işinin zəfər yürüşü bu şəxsiyyətin və onun ideyalarının gücünü təsdiq edən faktlardır. Peyğəmbər, filosof, natiq, qanunverici, mübariz, qəlblərin hamisi, ideyalara yenilik gətirən, imam, dövlət xadimi, Yer kürəsinin iyirmi bölgəsində mənəvi imperiyaların yaradıcısı - budur Məhəmməd! Hansı dahi insanla onu müqayisə etmək olar?..”

Historic la Turguie. Paris, 1854, v. 2, p. 276-277.

BERNARD ŞOU

“Mən Məhəmmədin dininin gələcəyi barədə xəbər vermişdim ki, sabahkı Avropa onu qəbul edəcək və müasir Avropa artıq bu dini qəbul etməyə başlayıb…”
“Əgər hansısa bir dinin İngiltərə, bəlkə də elə bütün Avropanı qarşıdakı 100 ildə idarə etmək şansı olsaydı - bu yalnız İslam dini ola bilərdi. Məhəmmədin dininə yüksək əhəmiyyəti və aktuallığına görə hər zaman böyük hörmətlə yanaşmışam. Mənim fikrimcə bu yeganə dindir ki, həyatın dəyişkən şəraitlərinə uyğunlaşma qabiliyyətinə malikdir. Bu da şübhəsiz ki, hər yaşda olan insanın xoşuna gəlir. Məhəmməd peyğəmbərin həyatını tədqiq etmişəm; düşünürəm ki, o, çox qeyri-adi bir insandır, qətiyyən antixrist deyil, əksinə onu bəşəriyyətin xilaskarı adlandırmaq olar. Müasir dünyada belə bir insana hökmranlıq ixtiyarı verilsəydi, o, dünyanın problemlərini elə həll edə bilərdi ki, bu qərarlar insanların arzuolunan əmin-amanlıq və səadətini təmin etmiş olardı”.