Müəllimlər

Məktəbin tarix müəllimlərindən biri Murad Vəliyev “ Əməkdar müəllim”, biologiya müəllimi proqram və iş dəftəri müəlliflərindən biri , həm də TQDK-nın eksperti Nüşabə Məmmədova və coğrafiya müəllimi Kamandar Həsənov “Tərəqqi” medalı ilə təltif olunublar.

Məktəb-liseyin ingilis dili müəllimi Sara Hüseynova isə Təhsil naziri cənab Misir Mərdanovun əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

Məktəb-liseydə şagirdəri olimpiadalarda qalib olan kimya elmləri-namizədi Akif Teyli, kimya elmləri namizədi Sevda Əsədova, dilçi alim Kifayət İmamquliyeva, tarix elmləri namizədi Əkbər Bədəlov, TQDK-nın eksperti fizika müəllimi Miri Abdullayev, səmərələşdirici təklifinə görə təltif olunan fizika müəllimi Həmidpaşa Nizamov, şagirdi Beynəlxalq olimpiadalarda qalib olan informatika müəllimi Fatma Hacıyeva kimi müəllimlər fəaliyyət göstərir.

Bakı şəhəri üzrə keçirilən “Gənc fiziklərin” yarışinda məktəb-liseyin komandası III yer, müəllim H.Nizamov I yer, ”Gənc kimyaçılar” yarışında isə II və müəllim Akif Teyli I yeri tutub.

Məktəb-liseydə hər il müxtəlif tədbirlər keçiriir. Bakı şəhəri üzrə keçiriən ”İlin ən yaxşı müəllimi”müsabiqəsində məktəbin informatika müəllimi Fatma Hacıyeva I yer ,Azəbaycan dili və ədəbiyyatı müəllimi Alıyeva Gülnarə II yer tutub.

Məktəb-liseyin direktoru Yaqut Sadıqova “Pedaqoji mühazirələr” müsabiqəsinin Respublika turunda “İnnovasiya elementlərinin tətbiqi təcrübəsi” mövzusunda I yer, “Ən yaxşı məktəb direktoru” müsabiqəsinin şəhər turunda I yer qazanaraq Təhsil naziri tərəfindən Fəxri Fərman və diplomlarla təltif olunub.

Tarix müəllimi Murad Vəliyev III yer, ibtidai sinif müəllimi Xalidə Sadıqova , Məlahət DilbazovaEsmira Hüseynova II-III yerləri tutublar