Məktəb haqqında

bayraquntitled3

2006-2007 -ci dərs ilində Bakı şəhərində ali məktəblərə qəbula görə “ Qızıl onluq”-da yer tutan 83 nömrəli məktəb-lisey 1971-ci ildən məktəb kimi, 1994-cü ildən məktəb-lisey kimi fəaliyyət göstərir. 750 yerlik nəzərdə tutulan bu məktəbdə hazırda 1700 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə yüksək ixtisaslı 160 nəfər müəllim məşğul olur.

Son dörd ildə ali məktəblərə qəbul zamanı məktəb-liseydə 100-dən artıq şagird 500-dən yuxarı, 30 nəfər şagird 600-dən yuxarı, bal toplayıb, 5 nəfər məzun isə 650-dən yuxarı bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Yeri gəlmişkən, öz uğuru ilə məktəb-liseyin adını zirvələrə yazdıran bu məzunların adlarını çəkmək istəyirik:

Səidə Ocaqverdiyeva – 683 bal

Aytən Məmmədova - 674 bal

Nərmin İbrahimova – 673 bal

Turab Qasımov - 674 bal

Türkay Rzayev - 665 bal

Belə məzunlara dərs deyən müəllimlərdən 3 nəfəri çox sevindirici haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə “ Əməkdar müəllim” adına və “ Tərəqqi” medalına layiq görülüb.

Məktəb –lisey Bakı şəhəri üzrə keçirilən “ İlin ən yaxşı təlim-tərbiyə müəssisəsi” müsabiqəsində I yer tutub və I dərəcəli diploma layiq görülüb.

Məktəb-lisey müasir təlim texnologiyalarının tətbiqi üzrə layihə və innovativ təhsil proqramlarında “Addım-addım” proqramı, “Həyati bacarıqlara əsaslanan təhsil” layihələrində iştirak edib, milli kurrikulumla əlaqədar pilot məktəb kimi seçilib.